Sabirabadda Mərkəzi bazar yandı- YENİLƏNDİ - 2 -VİDEO
    • 16-07-2019, 12:19
    • 1 326

Sabirabadda Mərkəzi bazar yandı- YENİLƏNDİ - 2 -VİDEO

Sabirabad şəhəri, İlham İskəndərov küçəsindəki bazarda baş verən yanğının yeni videosu yayılıb.
News 24.az həmin görüntüləri təqdim edir.

***
10.01

Fövqəladə Hallar Nazirliyi (FHN) Sabirabad rayonunun Mərkəzi bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb.

FHN-dən News24.az-a bildirilib ki, iyulun 16-da səhər saatlarında Sabirabad şəhəri, İlham İskəndərov küçəsində mağazalarda yanğın olması barədə Nazirliyə məlumat daxil olub.

İlkin məlumata əsasən, yanğın nəticəsində ümumi sahəsi 1060 m2 olan 2 mağaza və ümumi sahəsi 7650 m2 olan Mərkəzi bazarın ərazisində 3 dükan 70 m2 sahədə (ümumi 1130 m2) yanıb. Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.Yanğın söndürülüb. Digər bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.


***
09.01
Səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, ilkin məlumata əsasən, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 m2 sahədə yanıb. 

Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib. Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.