"İşləyən xanımlara övladlarını ana südü ilə qidalanmağa şərait yaradılmalıdır"- ÜST
    • 30-10-2019, 12:08
    • 823

"İşləyən xanımlara övladlarını ana südü ilə qidalanmağa şərait yaradılmalıdır"- ÜST

Azərbaycanda körpələrin ana südü ilə qidalanmasının aşağı faizdə olması məni çox təəccübləndirdi".
News24.az-ın xəbərinə görə bunu ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr.Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlərlə mübarizədə potensialın artırılması" seminarında bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq yaxın günlərdə UNİSEF lə bir yerdə geniş müzakirələr aparıldı:"Ana südü körpələrin və anaların sağlam qidalanması baxımından çox önəmlidir. İşləyən xanımlara da övladlarını ana südü ilə qidalanmasına şərait yaradılmalıdır. Məsələn, İsveç və Türkiyədə işləyən anaların 6 həftə uşaqlarına ana südü vermək haqqı var. İş yerlərində isə anaların əmizdirmə saatı var. Belə ki işdən icazə verilir ki, bir saat ərzində ana körpəsinə süd verə bilsin".

Afaq Mirayiq