AQTA laboratoriyalarında İNFOTUR- FOTOLAR
    • 31-10-2019, 12:03
    • 712

AQTA laboratoriyalarında İNFOTUR- FOTOLAR

Bu gün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına infotur təşkil olunub.

News24.az xəbər verir ki, infoturda diplomatik korpusun nümayəndələri, eləcə də qida ilə bağlı beynəlxalq qurumların Azərbaycan nümayəndələri qatılıb.  
Tədbiri AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə açıb:"Əsas məqsədimiz qabaqcıl beybəlxalq təcrübəni Azərbaycanda tədbiq etməkdir. Bu məsələ eyni zamanda dövlət proqramında da öz yerini tapıb.  Bildiyiniz kimi, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair dövlət proqramı 12 əsas istiqamət üzrə icra edilir".

Daha sonra isə nümayəndələr agentliyin rəhbərliyi ilə birgə laboratoriyalara baxış keçirib, iş şərait ilə tanış olub, qida məhsullarının analizinə baxıblar.

Teymur Məmmədov