-
- 13-09-2019, 13:59
- 901
AQTA Kompleks Tədqiqatlar Laboratoriyasına infotur təşkil edib
Bu gün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasına infotur təşkil edilib.
News24.az xəbər verir ki, infotur çərçivəsində laboratoriyalara baxış keçirilib. Kompleks Tədqiqatlar Laboratoriyasının müdiri Fuad Ağayev bildirib ki, ölkədə istehsal edilən, idxal və ixrac olunan qida məhsullarının, eləcə də aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, həmçinin qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ən müasir cihazlarla təchiz edilib. Onun sözlərinə görə, təqdim olunan nümunələr üzərində müayinələr beynəlxalq tələb və normalara uyğun olaraq aparılır:
"Laboratoriyada qabaqcıl ölkələrin laboratoriyalarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər və s. ixtisaslı yüksək peşəkarlığa malik mütəxəssislər fəaliyyət göstərir. Hazırda bu laboratoriya müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunmuş müxtəlif təyinatlı 6 bölmədən ibarətdir".
F.Ağayev qeyd edib ki, ölkədə ilk dəfə məhz Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında qablaşdırma materiallarına miqrasiya edən toksikoloji maddələrin miqdarının təyini, uşaq qidalarının, eləcə də qida məhsullarının tərkibində naməlum və ya kənar maddələrin identifikasiyası üçün ən müasir texnologiyalar tətbiq edilir:
"Eyni zamanda qida məhsullarında aqrokimyəvi maddələr, preparatlar, vaksinlər və pestisidlərin qalıq miqdarının sınaqları beynəlxalq standartların tələblərinə uyğun olaraq yüksək dəqiqlik, həssaslıq və seçiciliklə həyata keçirilir.
Əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq təkmilləşdirilir.
Yaxın gələcəkdə Kompleks Tədqiqatlar Laboratoriyasında ən mürəkkəb sınaqlardan biri olan qida məhsullarında dioksinlər, bifenillər, toksofenlər kimi bir sıra çirkləndiricilərin təyininin, eləcə də kompozit qablaşdırma materiallarında tərkib və toksikoloji müayinələrin aparılması planlaşdırılır. Həmçinin yemlərdə, bitki və heyvan mənşəli qidalarda geni dəyişdirilmiş orqanizmlərin təyini üçün laboratoriyaların yeni avadanlıqlarla təchiz edilməsi və yeni metodların işlənib hazırlanması üzərində işlər davam etdirilir".
Afaq Mirayiq