-
- 1-11-2019, 01:45
- 706
“Televiziya rəhbərləri dəyişilməlidir” — Nailə İslamzadə
“Efirdə zarafatlar olmalıdır, lakin bunun həddi var”.
News24.az xəbər verir ki, bu sözləri “Lent.Az”ın canlı yayımında deyib:
“Allah məni necə yaradıbsa, efirdə də elə olmuşam. Tamaşaçıya bizi sevdirən davranışımız, sözlərimizdir. Biz niyə elə hesab etməliyik ki, bizə baxanlar axmaqdır? İxtiyarım var ki, onların qarşısında özümü istədiyim kimi aparım? Bu əyləncədirsə, normal olmalıdır. İnsan özünə və qarşısındakına hörmət etməlidir. Televiziya rəhbərləri aparıcılara, proqramlara nəzarət etməlidir. Əgər etmirsə, dəyişilməlidir” deyə, o, bildirib.