"Maşın"ı hər kəsə psixoloji təsir göstərib QAZANDIM-VİDEO-FOTOLAR
    • 1-11-2019, 11:41
    • 878

"Maşın"ı hər kəsə psixoloji təsir göstərib QAZANDIM-VİDEO-FOTOLAR

"Çox yaxşıyam, özümü mükəmməl hiss edirəm. Qələbə qazandığım yerdən müsahibə verirəm. Başqa nə cür ola bilərəm ki..."

News24.az xəbər verir ki, bu sözləri "Maşın" şounun 18-ci buraxılışının qalibi aparıcı Suna Kasımoğlu bildirib. O, söyləyib ki, realiti şou bitəndən sonra üç gün özünü hələ də, orda olduğu kimi hiss edib: "Sizə səmimi etiraf edəcəm. Üç gün yuxumda maşını görürdüm, oyananda isə əlimlə bərk-bərk yorğanı və yastığı tuturdum. Elə bilirdim ki, əlimi çəksəm uduzacam. Ya da ki, maşının ətrafında yuxulamışam. Düşünürdüm ki, bu cür hallarla qarşılaşmaram amma yaşadım. Bir sözlə üç gün röya ilə gerçəyi qarışdırdım".
Qalib etiraf edib ki, finalçılara psixoloji təsir göstərib: "Mən güclü psixoloji təsiretmə gücünə sahibəm. Düzdür, aclıq və yuxusuzluq məni yorurdu, amma dərhal özümü toplaya bilirdim". 

"Maşın şou"nun növbəti buraxılışı yalnız qaliblərdən ibarət olsa və siz də ora daxil olsanız, yenə də qalib gələrdinizmi?" sualına aparıcıdan maraqlı cavab gəldi"İlk məni çıxardacaqlar. Çünki, bu dəfəki yarışda məni yaxından tanımaqdırlarından çox dəyib-dolaşmırdılar, amma artıq gücümə bələddilər. Ona görə də, düşünürəm ki, uduzaram. Hətta rəfiqəm Roza Zərgərlini çox asanlıqla uda bilərəm. Baxmayaraq ki, Roza da insanlara psixoloji baxımından təsir etməy gücünə malikdir. Finalda ikimiz qalsaq belə, ona görə əlimi çəkmərəm".

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov