Ranar sözünü tutmayan Xəyaləni "mənəviyyatsız" adlandırıb - VİDEO
    • 31-12-2018, 18:17
    • 1 536

Ranar sözünü tutmayan Xəyaləni "mənəviyyatsız" adlandırıb - VİDEO

Xəbər verdiyimiz kimi, "Maşın Şou"nun qalibi artıq bəllidir.

Bu barədə şounun yaradıcı heyəti rəsmi açıqlama verməsə də artıq xəbər öz təstiqini tapıb - qalib Xəyalə Quliyevadır. Günlərdir davam edən şounun "Hind kinosu" bölümünün bu axşamkı sonuncu buraxılışında Murad Dadaşov qalibi elan edəcək. Ancaq qeyd edək ki, şou efirdə canlı deyil, çəkilişlə yayımlanacaq. 

Finalda sonluğa qalan aparıcılar Ranar Musayev və Xəyalə Quliyeva arasında maşın uğrunda əməlli başlı "mübarizə" gedib. Hər iki tərəf bir-birinə psixoloji təsir göstərərək, qalib olmağa cəhd ediblər. Lakin Xəyalənin cəhdi daha güclü olub. Etibarlı mənbədən əldə etdiyimiz xəbərə görə Xəyalənin ona psixoloji təsir göstərdiyini görən Ranar hisslərini cilovlaya bilməyərək, rəqibinin mənəviyyatını aşağılayan ifadələr işlədib. Əvvəlcə Xəyalə Ranara "biz danışmışdıq ki, maşını mən qazanacam, qalan mənə verilən hədiyyələri sən götürəcəksən" deyib. Ranar isə əvəzində xatırlatma verib ki, aralarında söhbət başqa cür olub. Razılığa görə Ranar qalib olmalı, lakin maşını olduğu üçün proqramda jest edərək, maşını Xəyaləyə hədiyyə edəcəkmiş (M Group-un qaydalarına görə, əslində bu, ziddir). Xəyalənin aralarında olan anlaşmanı pozduğunu görən Ranar əsəbləşərək "bilsəydim, səni finala saxlamazdım" deyib. Ardından Xəyaləni maşına görə anlaşmalarını pozduğuna görə Ranar onu mənəviyyatsız adlandırıb və əlini maşından çəkərək, qalibiyyəti Xəyaləyə verib. 

News24.Az