PA rəhbərindən İLK AÇIQLAMA:
    • 1-11-2019, 16:02
    • 889

PA rəhbərindən İLK AÇIQLAMA: "Əlimdən gələni əsirgəməyəcəm"

"Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm". 

News24.az xəbər verir ki, bu sözləri bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasyasının rəhbəri təyin olunan Samir Nuriyev rəsmi facebook sosial şəbəkəsində qeyd edib. 

Samir Nuriyev sözlərinə bunu da əlavə edib: "Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etmişdir. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən bu yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığımı bildirirəm".