Ədliyyə nazirinə yeni müavin TƏYİN EDİLİB
    • 26-12-2019, 14:27
    • 1 535

Ədliyyə nazirinə yeni müavin TƏYİN EDİLİB

Azərbaycanın Ədliyyə nazirinə yeni müavin təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
ENuriyev bu ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib./Report/