Rusiya Daxili İşlər Nazirliyi Lotu Quli üçün hərəkətə keçdi
    • 2-11-2019, 00:23
    • 918

Rusiya Daxili İşlər Nazirliyi Lotu Quli üçün hərəkətə keçdi

Rusiyada kriminal aləmdə Lotu Quli kimi tanınan Nadir Səlifov cinayət ierarxiyasında ən yüksək vəzifəyə sahib olmaq ittihamı ilə cinayət işi qaldırılıb.


News24.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti informasiya yayıb.


"İstintaq məlumatlarına görə, 2009-cu ildən Rusiya Federasiyası sərhədlərindən kənarda olan Səlifov özünü "qanuni oğru" adlandıraraq cinayət aləmindəki avtoritet və təsirindən istifadə edərək, Moskva və Rusiyanın digər şəhərlərində cinayətkar fəaliyyətin təşkilatçılığı, rəhbərliyi və koordinasiyası ilə məşğul olub", - məlumatda deyilib.