Məşhur aparıcı övladlığa UŞAQ GÖTÜRÜR
    • 2-11-2019, 21:35
    • 1 023

Məşhur aparıcı övladlığa UŞAQ GÖTÜRÜR

Tanınmış aparıcı Fira (Firuzə Cəlilova) övladlığa uşaq götürür.

Bu barədə News24.az -a məlumat verən aparıcı bildirib ki, götürəcəyi uşaq fiziki məhdudiyyətli olacaq:
"Həyat yoldaşımla hər zaman bir qızımızın olmasını istəmişik, amma qismət elə gətirdi ki, gözəl iki oğlumuz dünyaya gəldi. Arzumuzu reallaşdırmaq üçün bir addım atamağa qərar verdik. Bu yaxınlarda bir qız uşağını övladlığa götürəcəyik, amma sağlam yox, fiziki məhdudiyyətli. Düşünürəm ki, elə uşaqların qayğıya, sevgiyə daha çox ehtiyacları var. Artıq sənəd işlərimiz yekunlaşmaq üzrədir. Onun yolunu dörd gözlə gözləyirik. 12 yaşı var, autizm xəstəsidir. Ailə tərəfindən istər tibbi, istərsə də, sevgi baxımından çox acdır. Oğullarıma artıq bu xəbəri vermişəm, çox müsbət qarşıladılar. Necə ki, onlar üçün var gücümlə çalışmışam, o qız üçün də hər şeyi edəcəyəm. Ən yaxşı təhsil ocaqlarında oxuyacaq, ən gözəlini geyinəcək. Onun sevgiyə, sağlam ailəyə ehtiyacı var, ona görə də, bacardığımız qədəri ilə ona sevgimizi bəxş edəcəyik. Düşünürəm ki, iki oğluma düzgün tərbiyə verirəm. Ümid edirəm, o qıza da, layiqli ana olacağam. Ailəsini görməyə qadağa qoymayacağam. İki ay lazımdır ki,  tamamilə adaptasiya olsun, mənə öyrəşsin. Bir müddət sonra necə ki, oğullarımı gizlətmirəm, elə də, qızımı hər kəsə göstərəcəyəm. Ondan utanmıram, əksinə..."

Sevda Bayramova