Son dəqiqə! Sumqayıtda yanacaq doldurma məntəqəsində yanğın: mağaza və avtomobil yanıb
    • 3-11-2019, 00:00
    • 762

Son dəqiqə! Sumqayıtda yanacaq doldurma məntəqəsində yanğın: mağaza və avtomobil yanıb

Sumqayıt şəhərində yanacaq doldurma məntəqəsində (YDM) yanğın baş verib.

News24.az xəbər verir ki, hadisə 17-ci mikrorayon İsmət Qayıbov küçəsində,
YDM ərazisindəki avtomobil ehtiyat hissələri mağazasında baş verib.

Yanğın nəticəsində 50 kv/m sahədə bütün yanar konstruksiyalar və yaxınlıqda olan "Mercedes" markalı avtomobil qismən yanıb.

Hadisə yerinə FHN-in 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb və yanacaq çənlərinə keçməsinə imkan verilməyib.