Türkiyə əsir İŞİD terrorçularını Avropaya göndərəcək - TƏHDİD
    • 3-11-2019, 12:26
    • 586

Türkiyə əsir İŞİD terrorçularını Avropaya göndərəcək - TƏHDİD

Türkiyə hakimiyyəti Aİ-nı Suriyanın şimalındakı həbs düşərgələrində olan İŞİD terror təşkilatının yaraqlılarına qarşı məsuliyyətsiz münasibətdə ittiham edib.

News24.az "Reuters-ə istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Ankaranın təkbaşına problemlə təkbətək qaldığını bildirib: "Bu, sadəcə qəbuledilməz və məsuliyyətsizlikdir".

Onun sözlərinə görə, yaxın gələcəkdə ayrı-ayrı ölkələrin və Brüsselin problemə münasibəti dəyişməzsə, Türkiyə əsir terrorçuları Avropaya göndərməyə başlaya bilər.

Qeyd edək ki, son vaxtlara qədər tutulan İŞİD döyüşçüləri düşərgələrdə Suriya kürdləri tərəfindən qorunurdu. Ancaq Türk ordusunun "Barış Pınarı" əməliyyatından sonra idarəetmə Türkiyə hərbçilərinə keçib.