“Mitsubishi” və “Ravon”  toqquşdu 3 nəfər öldü
    • 3-11-2019, 14:16
    • 560

“Mitsubishi” və “Ravon” toqquşdu 3 nəfər öldü

Bakı-Quba yolunun “Stansiya Sumqayıt” ərazisində ağır yol–nəqliyyat hadisəsi baş verib. İnsident zamanı iki minik avtomobili toqquşub.
News24.az xəbər verir ki, “Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər həyatını itirib. Onlardan birinin şəxsiyyəti müəyyənləşib. O, 1979-cu il təvəllüdlü Səbiyeva Həcər Sabər qızıdır.
Hazırda digərlərinin şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.