Nazirlik dəhşətli qəza ilə bağlı məlumat yaydı
    • 18-12-2019, 22:35
    • 743

Nazirlik dəhşətli qəza ilə bağlı məlumat yaydı

Yevlax şəhərinin Qoyunbinəsi kəndində baş verən qəzada ölənlərdən daha birinin kimliyi bilinib.  
Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən məlumata görə, ərazidə  “Hyundai” markalı yük avtomobili ilə “Mitsubishi” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1974-cü il təvəllüdlü Musəvi Elman Abbas oğlunun, 1975-ci il təvəllüdlü Rüstəmov Cəlal Şaşa oğlunun və daha bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.