Baba yeni doğulan qız nəvəsini DİRİ-DİRİ BASDIRMAQ İSTƏDİ - VİDEO
    • 4-11-2019, 16:54
    • 1 450

Baba yeni doğulan qız nəvəsini DİRİ-DİRİ BASDIRMAQ İSTƏDİ - VİDEO

Hindistanda körpə qızı diri-diri basdırmağa çalışan babası və dostu polis tərəfindən cinayət başında yaxalanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hindistanın Haydarabad şəhərində baş verib. Avtobus dayanacağının qarşısından keçən avtomobilin sürücüsü, dayanacağın yaxınlığında torpağı qazan iki nəfəri görüb.

Onların əlində yorğana bükülmüş körpəni görən sürücü vəziyyəti dərhal polisə bildirib. Xəbərdarlıq əsasında bölgəyə sövq edilərkən polislər körpənin babası və dostunu cinayət başında tutub. Baba və dostu körpənin öldüyünü və dəfn ediləcəyini söyləyib.

Polisin araşdırmalarından sonra, körpənin sağ olduğu bilinib və o, xəstəxanaya aparılıb. 

Qeyd edək ki, Hindistanda qız uşaqları maddi yük olaraq qəbul edilir.