-
- 5-11-2019, 09:18
- 1 230
Putin generalları vəzifəsindən AZAD ETDİ
Rusiya Prezidenti Vladimir Putin imzaladığı fərmanla Rusiya Federasiyası İstintaq Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin 10-dan çox generalını vəzifəsindən azad edib.
News24.az "TASS"-a istinadən xəbər verir ki, vəzifəsindən azad olunanlar arasında polis general-mayoru, Rusiya Daxili İşlər Nazirliyinin Asayişin Mühafizəsi Baş İdarəsinin rəhbərinin birinci müavini saxtakarlıq ittihamı ilə istintaq təcridxanasında saxlanılan Aleksandr Melnikov da var.
Ümumilikdə dövlət başçısının sərəncamı ilə altı Fövqəladə Hallar Nazirliyinin, dörd nəfər Daxili İşlər Nazirliyi, 1 nəfər isə İstintaq Komitəsinin generalı vəzifəsindən kənarlaşdırılıb.
Bundan əlavə, prezident öz fərmanı ilə daxili xidmət general-leytenantı İqor Kobzevi də Rusiya Fövqəladə Hallar Nazirliyi rəhbərinin müavini - Rusiya Federasiyasının baş dövlət yanğın müfəttişi vəzifəsinə təyin edib. Polis polkovniki Dmitri Baranov Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəis müavini - Polis rəisi təyin edilib.
Sənədə əsasən, Daxili Xidmət polkovniki Aleksey Çirikov Başqırdıstan Respublikası Federal Penitensiar Xidmətinin rəisi, ədliyyə general-leytenantı Kirill Levit Rusiya Federasiyası İstintaq Komitəsinin Voronej vilayətində İstintaq İdarəsinin rəisi, ədliyyə general-mayoru Vyaçeslav Suxorukov - Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri vəzifəsinə təyin edildi. Bundan əlavə, bu sərəncamla Sergey Krapetyan Smolensk vilayətinin prokuroru təyin edilib.
Rusiya prezidenti başqa bir sərəncamla Daxili İşlər Nazirliyinin 16 işçisinə yüksək rütbəli komandirlərin (polis general-leytenantı, daxili xidmət general-mayoru, ədliyyə general) xüsusi rütbələrini verib.