1700 nəfər ali məktəblərə qəbul olub- DİM açıqladı
    • 5-11-2019, 10:24
    • 711

1700 nəfər ali məktəblərə qəbul olub- DİM açıqladı

Dövlət İmtahan Mərkəzi 2019-cu il oktyabrın 27-də keçirilmiş imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin ali təhsilinə aid statistik məlumatları dərc edib.

Qurumdan News24.az-a verilən məlumata görə, İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1850 namizəddən 1700 nəfər Dövlət İmtahan Mərkəzinin (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 447 nəfər imtahandan uğurla keçib (26.3%).

Aşağıdakı cədvəldə bal intervalları üzrə nəticələr faiz göstəriciləri ilə birlikdə təqdim olunur. Cədvəldən görünür ki, namizədlərin imtahanda uğur əldə etmə faizi onların ali məktəblərə qəbul balına müvafiq olaraq dəyişib.

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1850 namizəddən 150 nəfər ali təhsil müəssisələrinə Mərkəzin (TQDK-nın) xətti ilə qəbul olmamışdır. Onlardan yalnız 5 nəfər (3.3%) imtahanda uğur qazanmışdır. Müvəffəqiyyət əldə edənlərdən 3 nəfər  xaricdə yerləşən təhsil müəssisələrini, 2 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

Afaq Mirayiq