-
- 28-11-2019, 10:46
- 715
DİM inzibati vəzifələr üzrə qəbul imtahanı keçirildi
Dövlət İmtahan Mərkəzi tərəfindən 24 noyabr 2019-cu il tarixində inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.
DİM-dən News24.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası, gender aspektləri və s. haqqında bəzi statistik məlumatları təqdim edirik.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 63 nəfəri kişi, 18 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən 60 nəfər 20-39 yaş intervalında olanlardır. Bu namizədlərdən 19 nəfər imtahanda uğur qazanıb. Daha yuxarı yaş qrupuna aid olan 21 nəfərdən heç biri lazımi nəticəni toplaya bilməyib.
AA vəzifə qrupu üzrə sertifikatı əldə etmək üçün qeydiyyatdan keçən 2 nəfərdən heç biri, AB üzrə 15 nəfərdən 3 nəfər, AC üzrə isə 64 nəfərdən 16 nəfər test imtahanından uğurla keçib.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 81 namizəddən 19 nəfəri (23.5%) müvəffəqiyyət əldə etmişdir (63 kişidən 17 nəfəri, 18 qadından isə 2 nəfəri lazım olan balı toplayıb).
Digər statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz: