-
- 16-07-2019, 10:48
- 900
DİM-dən ali məktəblərə qəbulla bağlı - İLGİNC STATİSTİKA
2019-ci il iyunun 30-da keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən və TQDK-nın (DİM) əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında statistik məlumatları təqdim edirik. DİM-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 1611 nəfər keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 432 nəfər imtahandan uğurla keçib (26.8%).
Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilmişdir. 201-300, 301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 16.8%-i, 24.2%-i, 32.7%-i, 44.7%-i, 60.0%-i test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.
Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 155 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmamışdır. Onlardan yalnız 8 nəfər (5.2%) imtahanda uğur qazanmışdır. Müvəffəqiyyət əldə edənlərdən 5 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 3 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.
Bal intervalı | Qeydiyyatdan keçib | Test imtahanından uğurla keçib | Faizlə (%) |
0-100 | 13 | 0 | 0.0 |
101-200 | 116 | 14 | 12.1 |
201-300 | 411 | 69 | 16.8 |
301-400 | 459 | 111 | 24.2 |
401-500 | 373 | 122 | 32.7 |
501-600 | 179 | 80 | 44.7 |
601-700 | 60 | 36 | 60.0 |
Yekun: | 1611 | 432 | 26.8 |