Bakıda dəhşətli qəza: Nənə və nəvə öldü
    • 5-11-2019, 11:47
    • 865

Bakıda dəhşətli qəza: Nənə və nəvə öldü

Noyabrın 4-də saat 13 radələrində Binəqədi rayonunun Goradil bağlar sahəsində Bakı şəhər sakinləri Ş.Əliyevin idarə etdiyi “Volvo” və M.Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nəticədə M.Quliyevin sərnişinlərindən Tünzalə Quliyeva hadisə yerində, nəvəsi 2 - yaşlı Yusif xəstəxanada ölüb, özü və digər sərnişini olan 1 yaşlı nəvəsi isə xəstəxanaya yerləşdiriliblər.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.