Elza Seyidcahanın anasına qarşı dələduzluq EDİLDİ
    • 5-11-2019, 12:55
    • 766

Elza Seyidcahanın anasına qarşı dələduzluq EDİLDİ

Əməkdar artist Elza Seyidcahanın (Qasımova) anasına qarşı dələduzluq edilib.

News24.az “Report”a istinadən xəbər verir ki, Rasim Məmmədov və adını açıqlamadığı digər iki şəxs anasının Bakı şəhərində olan torpaq sahəsini satıb, etibarından sui-istifadə edərək dələduzluq edib: “Həmin şəxslər anamı aldadıb, torpaq sahəsini satıb, guya həmin torpaq sahəsinin əvəzinə başqa evlər verəcəkdi. Lakin onlar verdikləri vədə əməl etmədilər. Mən də hüquq-mühafizə orqanlarına müraciət etdim”.

E.Seyidcahan bildirib ki, polis əməkdaşlarının araşdırması nəticəsində R.Məmmədov və digər iki şəxs saxlanılıb: “Həmin şəxslər söz veriblər ki, bir ay ərzində anamının ya evini, yada pulunu geri qaytaracaqlar”.

Əməkdar artist R.Məmmədov və digərlərinin tapılaraq ifşa olunmasında göstərdiyi köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşı, polis kapitanı İrfan Gərayzadəyə minnətdarlığını bildirib.