-
- 5-11-2019, 15:04
- 3 436
Bakının 3 məktəblisi qızıl medal qazandı
Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda parlaq uğurlar qazanıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumta görə, qurumun tabeliyindəki 20 nömrəli məktəb-liseyin III sinif şagirdi Nilufər Oruclu Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda uğurlu çıxışına görə bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüb. Final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.
Paytaxtdakı 202 nömrəli tam orta məktəbin X sinif şagirdi Fidan Musayeva karate idman növü üzrə 63 kiloqram çəki dərəcəsində Makedoniyada keçirilən XI Avropa çempionatında qalib gəlib. F.Musayeva qızıl medal və diploma layiq görülüb.
71 nömrəli tam orta məktəbin IV sinif şagirdi Osman Osmanov cüdo idman növü üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdə 24 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qalibiyyətinə görə məktəbli qızıl medalla təltif olunub.
Afaq Mirayiq