-
- 6-11-2019, 09:56
- 861
Bağdadinin təcavüz etdiyi qız danışdı: "Məni döyüb..."
ABŞ əsgərləri tərəfindən Əbu Bəkr əl-Bağdadinin yanından xilas olan yezidi gənc qız yaşadığı dəhşəti danışıb.
News24.az "Associated Press"ə istinadən xəbər verir ki, gənc qız, Bağdadinin əvvəlcə 2017-ci ildə İdlibə qaçmağa çalışdığını açıqlayıb. Həmin vaxt 17 yaşında olan qız, Bağdadinin hücum qorxusundan geri döndüyünu deyib.
Onlar bir həftə Suriyanın cənub-şərqində, İraqla sərhəddəki Hacın şəhərində gizləniblər. Daha sonra Suriyanın şimalda DAEŞ terror qruplaşmasının əlində olan sərhəd qəsəbəsi Daşişaya keçiblər.
Burada yezidi gənc qız dörd ay Bağdadinin köməkçilərindən biri olan qayınatasının evində qalıb. O, Bağdadinin ona tez-tez təcavüz etdiyini və döydüyünü bildirib.
Yezidi qız həmçinin Bağdadinin şəkərli diabetdən əziyyət çəkdiyini, oruc tutmadığını və ətrafında olan şəxləri də oruc tutmamağa məcbur etdiyini söyləyib.