-
- 6-11-2019, 14:34
- 756
İncəsənət əsərlərinin növbəti AUKSİONU KEÇİRİLƏCƏK
Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2019-cu il noyabrın 7-də saat 12:00-da “Hilton Baku” otelində incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyəta keçirilir.
Xatırladaq ki, cari ilin 21 may tarixində “Auction Baku” MMC tərəfindən Azərbaycanda ilk dəfə keçirilən auksion ictimaiyyətdə böyük maraq yaratmış və Azərbaycan iqtisadiyyatında yaradıcı sənayenin rolu və gələcək inkişaf perspektivləri nəzərə alınaraq yenidən keçirilməsi qərara alınıb.
Hərrac incəsənət əsərlərinin, əntiq əşyaların, qədimi mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionunu nəzərdə tutur.
Qeyd edək ki, alıcılar hərraca çıxarılan 11 lot üzrə mübarizə aparacaqlar. Akif Əsgərov “Atlar”, Mahmud Rüstəmov “Qadın müxtəlif əhvalda” silsiləsindən ''Kompozisiya'', Fərəh Əliyeva “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorina “Kraliça Viktoriya”, Vüqar Muradov “Gülüş”, “Payızda-Yaz”, Namiq Məmmədov “Mələklərin səhər yeməyi”, “Bolluq”, Vüqar Əli “Karvan” və İlham Mirzəyevin “Antik Büst-Qızılı Fonda” əsəri hərraca çıxarılacaq. Auksionda iştirak etmək üçün dəvətnamə tələb olunur.
Media nümayəndələri üçün giriş sərbəstdir.