"Mirşahin əlində gül dəstəsi ilə evimizə gəlmişdi" - FƏDAYƏ LAÇIN
    • 9-11-2019, 12:34
    • 915

"Mirşahin əlində gül dəstəsi ilə evimizə gəlmişdi" - FƏDAYƏ LAÇIN

"Həbsxanaya düşəndə ilk olaraq atamı arzuladım. Düşündüm ki, atam olsaydı, bu işlər başımıza gəlməzdi. Mən ora gedəndə ilk növbədə qadınlar korpusuna yox, başqa bir yerə saldılar. Girdim, gördüm ki, çox pis yerdir... Şkafı açanda gördüm ki, dəmir kəsalar var, çox pis oldum. Öz-özümə düşündüm ki, "İlahi burda üç ay yaşamaq olar?". Sonra iki, üç saat keçəndən sonra məni ordan çıxardıb, rəislə görüşdürdülər. Həbs olunduğum günü həyatımdan silmək istəyərdim".

News24.az xəbər verir ki, bu sözləri həbsxanadan yeni çıxan müğənni Fədayə Laçın prodüsser Tarix Əliyevin "Youtube" layihəsində deyib. O, bildirib ki, qadın məhbusların olduğu korpusda onu incitməyiblər, əksinə yaxşı davranıblar: "Pisi görüb buna şükür etdim. Sevindim ki, burda yemək, çay var. Gələn kimi onlar üçün mahnı oxudum. Allah onların hər birinin qapısını açsın, çünki məni əllərinin içində saxlayırdılar".

İfaçı sevgidən də danışıb: "Bundan sonra sevməyəcəm, çünki istəmirəm. Ürəyimin açarını dəryaya atdım. Mən tək deyiləm, oğlum var, o mənim hər şeyimdir. Bu da bir iş idi, oldu, bitdi".

Fədayə Laçın ona dəstək olan Mir Şahin Ağayevin ona dəstəyindən də söz açıb: "Əslində Mir Şahin bəyin mənə dəstək olacağını gözləmirdim. Bu onun böyüklüyü idi. Həbsdən çıxdığım gün əlindı böyük bir gül dəstəsi ilə yanıma gəlmişdi. Çox sadə insandır, ailəlikçə ona hörmətimiz böyükdür. Onun dəstəyi çox yerinə düşdü".

Sevda Bayramova