Tramp ölkəsinin bayrağını səhv saldı
    • 27-08-2018, 14:10
    • 786

Tramp ölkəsinin bayrağını səhv saldı

Dünən ABŞ prezidenti Donald Tramp xanımı Melaniya ilə birlikdə Ohayo ştatında Kolumbus xəstəxanasında müalicə alan azyaşlılara baş çəkib.
News24.az xəbər verir ki, prezidenrt balacalarla birlikdə masa arxasına keçərək, onlarla birlikdə şəkilləri rəngləməyə başlayıb. Amerika bayrağını rəngləyən dövlət başçısı qırmızı zolaqların yerinə göy rəngdən istifadə edib. Bu da sosial şəbəkələrdə sürətlə yayılaraq, dövlət başçısının öz bayrağını tanımamaması haqqında söz- söhbətlərə səbəb olub. 

Maraqlıdır ki, rusiyalı siyasətçilər bunu Trampın Rusiya sevgidsi ilə əlaqələndiriblər.