Sabunçuda yol qəzası- OPEL-lə Mersedes qaz xəttinə çırpıldı
    • 7-11-2019, 17:34
    • 733

Sabunçuda yol qəzası- OPEL-lə Mersedes qaz xəttinə çırpıldı

Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.

News24.az xəbər verir ki, “Opel” markalı minik avtomobili ilə toqquşan “Mersedes” markalı avtomobili yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb.

Azəriqaz İB-dən News24.az-a verilən məlumata görə, həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işləri görülür.

Afaq Mirayiq