Avtomobil qəzası nəticəsində bu ərazilər qazsız qaldı
    • 17-09-2019, 10:03
    • 824

Avtomobil qəzası nəticəsində bu ərazilər qazsız qaldı

Gecə saatlarında Nizami rayonu N.Abdullayev küçəsində dairəvi formada qoşulmuş diametri 159 mm olan qaz xətti avtomobil qəzası zamanı qırılıb.

Azəriqaz İB-dən News24.az-a bildirilib ki, hadisəyə görə 500 abonentin qaz təminatı dayandırılıb. Səhər saatlarından qazın verilişi üçün bərpa işləri sürətləndirilib.

Bu gün səhər saatlarında isə Xəzər rayonu, “Binə Sovxozu” deyilən yaşayış massivində Kamaz markalı yük avtomobili ilə 108 mm diametrində olan qaz xətti yararsız hala salınıb. Kəmər dayaqlardan qopardılaraq yerə salınıb. Hazırda baş verənlərə görə 350 abonentin qaz təminatı dayandırılıb.

Afaq Mirayiq