-
- 7-11-2019, 20:10
- 985
Telefonla danışandan sonra qulaqlarınız cingildəyirsə, sizə BƏD xəbərimiz var
Mobil telefondan müntəzəm istifadə qulaqlarda cingiltinin inkişafı riskini artırır. Vyana Tibb Universitetinin tədqiqatçıları 100 nəfər qulaqlarında cingiltinin yaranmasından şikayət edən və 100 nəfər tamamilə sağlam könüllünün mobil telefondan istifadə tezliyini müqayisə ediblər.
News24.az xəbər verir ki, məlum olub ki, gün ərzində 10 dəqiqə mobil telefonla danışan adamların 70 faizi qulaqlarında cingilti əmələ gəlməsindən şikayətlənirlər. Qulaq zədəsinin, gurultunun, müəyyən dərmanların cingiltinin yaranmasına təsir göstərdiyi dəqiq məlumdur. İndi bu siyahıya telefondan istifadə də əlavə olunub.
Alimlər qulaqda cingiltinin yaranmasının səbəbini həmsöhbətin dəstəkdə eşidilən səsində deyil, qulaq seyvanının mobil telefondan gələn şüanın təsirinə məruz qalmasında görürlər. Onların fikrincə, gəzərkən telefonla danışmaq başın dəstəyin sıxıldığı hissəsində qan dövranına təsir edir və çox güman, qulaqda cingiltinin yaranmasına səbəb olur.