Sərnişinlər avtobusların hərəkətini mobil telefonla izləyə biləcəklər - YENİLİK
    • 26-09-2019, 13:59
    • 837

Sərnişinlər avtobusların hərəkətini mobil telefonla izləyə biləcəklər - YENİLİK

Bakı Nəqliyyat Agentliyi (BNA) özünün mobil əlavəsini (aplikasiya) istifafəyə verməyə hazırlaşır. 

News24.az-a xəbər verir ki, bunu jurnalistlərə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. 

M.Ağayevin sözlərinə görə, mobil əlavə sərnişinlərə avtobusların hərəkətini izləməyə imkan verəcək: "Yeni yaradılacaq mobil əlavədə bir bölmə də "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi üçün nəzərdə tutulub. Hansı ki, sərnişinlər avtobusların hərəkətini izləyə biləcəklər".