Onlardan xatirə bu ayaqqabılar qaldı...- Foto
    • 5-07-2018, 19:16
    • 1 947

Onlardan xatirə bu ayaqqabılar qaldı...- Foto

Bu ayaqqabılar onların xatirəsini yad edir. Bir kişi çəkməsi, qadının hündürdaban ayaqqabısı və uşaq ayaqabıları... 

Bu mənzərə insanlara yaşanmış qanlı faciədən bir iz buraxır və o çirkin əməli unutdurmur. Vəhşətə qurban gedən insanlar hörmətlə anılır. 


Budapeştə olan bu ayaqqabı tablosu Avropada və Macarıstanda törədilən yəhudi qətliamına qarşı hörmət əlaməti olaraq yaradılıb. 


II Dünya Müharibəsi illərində Dunay çayı sahilində faşistlər tərəfindən güllələnmiş yəhudilərin xatirəsi bu şəkildə əbədiləşdirilib.

Elvin Nüsrətoğlu