Tanınmış müğənni BİBİ OLACAQ
    • 27-02-2020, 11:43
    • 772

Tanınmış müğənni BİBİ OLACAQ

Müğənni Xatirə İslamın ailəsində şad xəbər var.

News24.az xəbər verir ki, ifaçı tezliklə bibi olacaq. Bu barədə Xatirənin qardaşı Tural və həyat yoldaşı Zümrüd "İnstagram" hesablarında yazıblar: "Çoxunuzun təxmin etdiyi şey - Junior Tural gəlir. Bu uşaq ayaqqabısı mənim üçün çox dəyərlidir. Hələ Tural dördüncü kursda, mən isə ikinci kursda oxuyurarkən universitetimizdə sərgi keçirilirdi. Sərgidə xeyriyyə məqsədi ilə belə şeylər satılırdı. Gördüyünüz bu uşaq ayaqqabısı gözdən əlil gənc bir qız tərəfindən toxunmuşdu. Biz də bu sərgidən yan keçmədik. Tural da bunu mənə hədiyyə almışdı ki, zamanı gələndə öz uşağımıza geyindirərik. Nəhayət, o günə artıq çox az qaldı. Bunu sizinlə bölüşməyin zamanı gəldiyini düşündük".

Qeyd edək ki, Tural və Zümrüd cütlüyü iyun ayında ailə həyatı qurublar.

Sevda Bayramova