İranda qorxunc zəlzələ - ÖLƏN VƏ YARALANANLAR VAR - FOTO - VİDEO
    • 8-11-2019, 09:00
    • 925

İranda qorxunc zəlzələ - ÖLƏN VƏ YARALANANLAR VAR - FOTO - VİDEO

İranda baş verən zəlzələ nəticəsində 5 nəfər ölüb, 120 nəfər isə xəsarət alıb.

News24.az “Press Tv”-yə istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-qərbindəki Şərqi Azərbaycan əyalətində 5.8 bal gücündə qeydə alınıb.

Zəlzələnin episentri 1,4 milyon əhalisi olan Təbriz şəhərindən 118 km qərbdə olub, mərkəzi 10 km dərinlikdə yerləşib.

Zəzlədən sonra 4,1 ilə 4.8 arasında bir neçə yeraltı təkanlar qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələ bölgəsində təxmini əhalinin 20 milyon nəfər olduğunu qeyd edib.

Zəlzələ Azərbaycanın İranla sərhəd rayonlarında da hiss edilib.