-
- 8-11-2019, 18:15
- 994
İctimai Şuraya YENİ SƏDR SEÇİLDİ
8 noyabr 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
İclasda Qafqaz Regional Ekoloji Mərkəzin rəhbəri Mələk Şükürova İctimai Şuranın sədri, Sudan İstifadə Sahəsində Mütəxəssislər İctimai Birliyinin üzvü Amin Məmmədov sədr müavini, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova isə katib seçilib.
News24.az xəbər verir ki, bunu jurnalistlərə Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.
O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 2010-cu ildən fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təmsilçiləri üçün açıq olan İctimai Ekoloji Şura respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökümət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.