İctimai Şuranın üzvləri ilə GÖRÜŞ KEÇİRİLDİ
    • 29-12-2019, 10:01
    • 754

İctimai Şuranın üzvləri ilə GÖRÜŞ KEÇİRİLDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, şuranın yeni üzvləri ilə keçirilən görüşdə gələcək fəaliyyət istiqamətləri, ətraf mühitin mühafizəsində vətəndaş cəmiyyətinin dəstəyi, icitmaiyyətlə əlaqələrin daha sıx qurulması, maarıfləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. 

Müzakirələrdə şura üzvləri tərəfindən ictimai əlaqələrin qurulmasına dair bir sıra təkliflər verilib, ekoloji rəylərin verilməsində ETSN tərəfindən ictimai dinləmələrin keçirilməsi mexanizmi yüksək qiymətləndirib.

Görüşdə şura üzvləri Nazirliyin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, ətraf mühitlə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəklərini bildiriblər.