Ərdoğan məşhur məktubu Trampa - GERİ VERƏCƏK

Ərdoğan məşhur məktubu Trampa - GERİ VERƏCƏK Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa qalmaqallı "ağılsız olma" məktubunu şəxsən qaytaracağını deyib.

News24.az
"NTV"yə istinadən xəbər verir ki, Türkiyə lideri jurnalistlərə, təyyarəsinin göyərtəsində verdiyi açıqlamada: "Əvvəllər cənab Trampa, Məzlum Kobani adlandırılan Ferxat Abdi Şahin adlı bir terrorçunun Kürdüstan İşçi Partiyasının liderlərindən biri olduğunu bildirdik. Məşhur məktubu, Trampa təhvil verəcəyəm".