Özəl klinika rəhbərinin azərbaycanlı sevgilisini güllələmədən bir neçə saniyə öncə - VİDEO
    • 9-11-2019, 01:07
    • 821

Özəl klinika rəhbərinin azərbaycanlı sevgilisini güllələmədən bir neçə saniyə öncə - VİDEO

İstanbulda özəl klinikanada birlikdə yaşadığı qadını güllələyən şəxsin videosu ortaya çıxıb. 
 
News24.az xəbər verir ki, Türkiyə mətbuatına istinadla xəbər verir ki, Celal adlı həkim onunla birlikdə işləyən və 3 yaşlı uşağının anası olan azərbaycanlı qadını tapança ilə güllələyib.
 
Hadisə Yeşilkent məhəlləsində yerləşən tibb mərkəzində, yerli vaxtla 01:00-da baş verib. Hadisədən bir neçə saniyə öncə baş verənlər kameraya düşüb. Əlində silahla sevgilisini axtaran şəxs bir-bir qapıları açır. 
 
Tibb mərkəzinin sahibi Celal T.-nin həyat yoldaşını hansı səbəbdən güllələdiyi hələlik məlum deyil. Arvadını güllələyən Celal hadisə yerindən qaçmağa çalışıb. 
 
Ancaq silah səslərini eşidən polis əməkdaşları dərhal əraziyə cəlb olunub və cinayətkar yaxalanıb.
 
Yaralı həkim A.A. dövlət xəstəxanasına yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilib.