Sabah 22 dərəcə isti olacaq
    • 10-11-2019, 13:55
    • 940

Sabah 22 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Gün ərzində mülayim cənub-qərb  küləyi əsəcək. Havanın temperaturu  gecə 10-14° isti, gündüz  18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz  19-21° isti təşkil edəcək. 
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.  
Noyabrın 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz  18-23° isti, dağlarda gecə 3-8° isti,  gündüz  13-18° isti təşkil edəcək.