Sabah 21 dərəcə İSTİ OLACAQ
    • 26-03-2020, 13:01
    • 746

Sabah 21 dərəcə İSTİ OLACAQ

Azərbaycanda mart ayının 27-ə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 6-8° isti, gündüz 12-16° isti, Bakıda  gecə 6-8° isti, gündüz 13-15° isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.  


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər  bəzi yerlərdə  duman olacaq. Şərq küləyi əsəcək. 
Havanın temperaturu  gecə 3-8° isti, gündüz  16-21° isti,  dağlarda gecə 0-5°  isti, gündüz  8-13° isti olacaq.