Zərdabda ata oğlunu BIÇAQLADI
    • 11-11-2019, 17:49
    • 1 387

Zərdabda ata oğlunu BIÇAQLADI

Zərdabda ata oğlunu bıçaqlayıb.

News24.az-ın yerli bürosunun xəbərinə görə, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 1968-ci il təvəllüdlü Müşfiq Məsim oğlu İsmayılov ailədaxili münaqişə zəminində oğlu, 1995-ci il təvəllüdlü Rüfət Müşfiq oğlu İsmayılovu bıçaqlayıb. Zərərçəkən əvvəlcə Zərdab Rayon Mərkəzi Xəstəxanasına, oradan da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. //APA