Ailə dramı - Ər-arvad bir-birini bıçaqladı
    • 18-07-2018, 11:33
    • 1 671

Ailə dramı - Ər-arvad bir-birini bıçaqladı

Ağcabədida ər-arvad bir-birini bıçaqlayıb.
                 
News24.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində yerləşən fermada qeydə alınıb. Orada işləyən, 1971-ci il təvəllüdlü Xanlar Muxtar oğlu Məmmədov aralarında yaranmış ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı, 1980-cı il təvəllüdlü Gülnaz Saleh qızı Məmmədovanı bıçaqlayıb. G. Məmmədova bu zaman X. Məmmədovun əlindən bıçağı alaraq ona xəsarət yetirib.
 
Hər iki şəxs təcilli Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. G. Məmmədovanı xilas etmək mümkün olub.
 
X. Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra o şübhəli şəxs qismində saxlanılıb.