Sabirabadda qadının tövləsindən 1640 manatlıq oğurluq
    • 11-11-2019, 18:11
    • 1 208

Sabirabadda qadının tövləsindən 1640 manatlıq oğurluq

Sabirabadda oğurluq hadisəsi qeydə alınıb.

News24.az-a DİN Mətbuat Xidmətinin Şirvan şəhər Regional qrupundan verilən məlumata görə, noyabrın 6-da  Sabirabad rayonu Əlicanlı kənd sakini bir qadın Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evinin tövləsindən ümumi dəyəri 1640 manat olan 13 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun  Yolçubəyli kənd sakini Atəş Hüseynov və Əlicanlı kənd sakini Mirkamal Səmidov saxlanılıb. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları xirdabuynuzlu heyvanlar onlardan maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.