Bağçada dəhşət - 51 UŞAĞI KİMYƏVİ MADDƏ İLƏ YANDIRDI
    • 12-11-2019, 10:30
    • 858

Bağçada dəhşət - 51 UŞAĞI KİMYƏVİ MADDƏ İLƏ YANDIRDI

Uşaq bağçasına hücum edən şəxs 51 uşağı kimyəvi maddə ilə yandırıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çinin Kauyan şəhərində baş verib. Uşaqların üzərinə qələvi tökən şəxsin 23 yaşlı yerli sakinin olduğu bilinib.

İlkin məlumata görə, həmin şəxs uşaq olarkən valideynləri boşanıb və bu da onun psixi sağlamlığına təsir edib. Saxlanılan şəxs açıqlamasında ictimaiyyətə olan nifrətini işinin olmaması və şəxsi həyatındakı problemlə əlaqələndirib. 

Qeyd olunub ki, 23 yaşlı gənc Kostik soda məhlulunu internetdən alıb və bir başa bağçaya yollanıb.