Bağçada şok hadisə - 70 UŞAQ PENDİRDƏN ZƏHƏRLƏNDİ
    • 15-01-2020, 09:47
    • 965

Bağçada şok hadisə - 70 UŞAQ PENDİRDƏN ZƏHƏRLƏNDİ

70 uşaq bağçada zəhərlənib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaqların kütləvi zəhərlənməsi Meksikanın Xalisko ştatının Qaladajara şəhərində baş verib. 

Hadisə nəticəsində 70 uşaq xəstəxanaya yerləşdirilib. Məktəbəqədər təhsil müəssisəsinin şagirdlərinin yeməyə qatılan pendirdən zəhərləndikləri ehtimal edilir. 

Zəhərlənən məruz qalan uşaqların vəziyyəti barədə məlumat verilmir. Bölgə rəhbərliyi baş verənləri hələ şərh etməyib.