Hacıqabulda 4 otaqlı evdə YANĞIN
    • 12-11-2019, 10:37
    • 608

Hacıqabulda 4 otaqlı evdə YANĞIN

Hacıqabul rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.