Hacıqabulda 5 otaqlı evdə YANĞIN
    • 6-09-2019, 17:15
    • 666

Hacıqabulda 5 otaqlı evdə YANĞIN

Hacıqabul şəhərində ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.