2 yaşlı uşaq TƏYYARƏDƏ ÖLDÜ
    • 13-11-2019, 10:50
    • 736

2 yaşlı uşaq TƏYYARƏDƏ ÖLDÜ

Səudiyyə Ərəbistanı Hava Yollarının təyyarəsi, iki yaşlı uşağa təcili tibbi yardım göstərmək üçün Kanadanın Sent-Cons şəhərində təcili eniş edib.

News24.az CTV-yə istinadən xəbər verir ki, Boeing 777-300 təyyarəsi enəndən sonra uşağı xəstəxanaya qaldırmaq üçün təcili yardım maşınları uçuş zolağına gəlib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbləri məhkəmə ekspertləri tərəfindən müəyyən ediləcək. Ciddədən Vaşinqtona üçün təyyarə planlaşdırılmamış enişdən sonra ABŞ paytaxtına yola düşüb.