-
- 13-11-2019, 12:16
- 923
Venesiya SU ALTINDA QALDI - VİDEO
Venesiyada suyun səviyyəsi 50 il ərzində rekord həddə çatıb.
News24.az "TASS"a istinadən xəbər verir ki, suyun həddi 183 santimetrə çatıb. Tarixi mərkəz də daxil olmaqla şəhərin 80 faizindən çoxunu su altında qalıb.
Venesiya meri Luici Bruniaro "Twitter" səhifəsində şəhərdə təbii fəlakətlə bağlı fövqəladə hal elan olunduğunu və hökumətdən kömək istədiklərini söyləyib. Onun fikrincə, bunlar iqlim dəyişikliyinin təsiridir.
Şəhər sakinlərinə evlərini tərk etməmələri tövsiyə olunub. Proqnoza görə, hava daha dapisləşəcək.
Qeyd edək ki, Venesiyadakı ən şiddətli sel 1966-cı ildə olub. Həmin vaxt suyun səviyyəsi 190 santimetrə çatıb.