-
- 28-08-2018, 11:32
- 1 555
Namus dedikləri budursa, olmaz olsun
Son zamanlar Azərbaycanda ailə-məişət zorakılığı zəminində qadınlara qarşı törədilən cinayətlərin sayı kəskin artıb. Müxtəlif psixoloji səbəblərlə ailədə yaranmış narazılıqlar zamanla toplanaraq faciə ilə nəticələnir. Lakin ən pisi bu faciəyə namus donu geyindirilməsi, qadının kişinin namusuna ləkə vurduğu üçün öldürülməsi kimi təqdim olunmasıdır. Bu ad altında cəmiyyətdə kişi cinayətkar yox, namusunu təmizləmiş qəhrəman imici qazanır, ictimai qınaqla üzləşmir. Bu adla həbsxanaya düşən kişilərin belə ordakı mövqeyi bir pillə yuxarıda qərarlaşır. Azərbaycanda mövcud olan bu bəlanın kökləri ailə tərbiyəsindən başlayır desək yanılmarıq. Səhvlər hələ körpə dünyaya gəlmədən onun valideynləri və cəmiyyət tərəfindən başlayır.
Yaxın zamanlarda rəfiqələrimdən biri ilə ultrasəs müayinəsinə getmişdik. Rəfiqəm hamilədir və uşağın ana bətnində necə inkişaf etməsi ilə maraqlanmaq istəyirdi. Həkim ana bətnində körpəni uzun uzadı müayinə etdi. Başı belə, qolu belə, iç orqanları belə və s. deyə- deyə xeyli vaxt apardı. Anası uşağın cinsiyyətini soruşunca bunun üçün əlavə 20 manat verməli olduğunu söylədi. Uzun- uzadı gözlətdikdən sonra “uşaq oğlandır” dedi və əlavə 10 manat verməli olduğumuzu bildirdi. Rəfiqəmin evdə bir qızı və bir oğlu onsuz da var. Önəmli olan düynaya gələcək uşağın sağlam olmasıdır. Həkimdən soruşuram. Niyə cinsiyyətini pulla söyləyirsiniz ki? Bəyəm, uşağın cinsiyyət orqanı bədənindən ayrı yerləşr? Bu uşağın cinsiyyət orqanında hər hansı bir problem ola bilməzmi? Öz balasını anasına pulla sataraq “xoş gəldin” edirlər. Üstəlik oğlan uşağına xüsusi təmtəraq da tələb olunur. Bu qayda ilə tərbiyə olunan balaca hər zaman qadın üzərində dominantlıq etmək hissyatı ilə böyüyür.
Zaman keçdikcə yeniyetmə oğlanın yol verdiyi xətalar şuluqluq, qızınkı isə ömülük damğa, “qara ləkə” adı alır. Yəqin ki, bir tək Azərbaycanda qadın bir xətanın cəzasını ömrü boyu ödəməklə yaşayır. Bu xətanın adı sevgi olsa belə onu üzqarası kimi yaşayır Azərbaycan qadını.
Azərbaycanda ailə daxili şiddət görən qadınların sığındığı "Təmiz dünya" İctimai Birliyi fəaliyyət göstərir. Təşkilatın rəhbəri Mehriban Zeynalovanın verdiyi məlumata görə Azərbaycanda 5 sığnacaq var. Bunlardan birincisi“Təmiz dünya” İctimai Birliyi, digəri Gəncə "Təmas" təşkilatının nəzdindəki qadın sığınacağı, üçüncüsü uşaqlar üçün nəzərdə tutulan "Ümid yeri" və miqrant kişilər üçün sığınacaqdır. Bu sığınacaqların hamısı QHT kimi fəaliyyət göstərir və dövlət tərəfindən maliyyələşdirilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi layihələrdən qrantlar əldə edirlər. Mənim fikrimcə, bu kimi təşkilatlar birbaşa dövlətin nəzarətində olmalı, dövlətdən maliyyələşdirilməlidir. Dövlət vətəndaşına sahib çıxmalıdır!
Ölkədə Ailə Məccəlləsi mövcuddur, qanunlara əsasən qadın hüquqları qorunur. Lakin reallıq nə deyir? Mən şəxsən öz təcrübəmə əsaslanaraq deyə bilərəm: 2 il öncə aldığım təhdidlər səbəbi ilə polisin qaynar xəttinə müraciət etdim. Bakı şəhər Baş Polis İdarəsinə gedib ərizə ilə müraciət etməli olduğumu söylədilər. Getdim ərizəni qapıda yazdırıb poçt qutusuna atdım. Prosedur bu idi. Nə bir dinləyən oldu, nə bir maraqlanan. 13 gün sonra ərizəmə cavab olaraq evimizə gələn polis mənə dedi ki, sizi döyüb və ya vurublar? "Yox” dedim. O zaman bu məsələ polislik deyil. Sözlə edilən təhdid təhlükə daşımırmış. Bu nə deməkdir? Polis ancaq ölənlərimi qoruyur? Belə çıxır ki, bəli. Polisin məsələyə müdaxiləsi yalnız ağır xəsarət vermə və ya qətl hadisəsindən sonra başlayır. Yəni iş-işdən keçdikdən sonra...
Son 3 ayda eşitdiyim 2 müxtəlif cinayət hadisəsi qanımı dondurmuşdu. Dəhşətli hal odur ki, bu cinayətlər qadına qarşı kişilər tərəfindən deyil, azyaşlı qızlara qarşı öz anaları tərəfindən törədilmişdi.
Birinci fakt. Rayonlarımızdan birində 14 yaşlı qız təcavüzə uğradığını anasına söyləmiş, ana isə öz qızını boğaraq öldürmüşdü. Bu qadının ağlına ilk gələn şey millətin ona nə deyəcəyi olmuşdu. Həyata yeni addım atmış, problemi qarşısında çarəsiz qalmış və ona üz tutmuş balasına yardım etmək əvəzinə bu ana onu öldürərək adını təmizə çıxarmaq yolunu seçmişdi. İctimai qınaq bala məhəbbətinə üstün gəlmişdi. Bu həmin qadının çoxmu dürüst, çoxmu namuslu olmasından xəbər verir sizcə? Xeyr. Sadəcə bu qadını yetişdirən mühitin sərt və qəddar tərbiyə üsullarının göstəricisidir bu fakt. "Başına bir iş gələrsə başını kəsərik, adına söz çıxarsa, öldürərik!" kimi hədələrlə böyüyən insanın beynində bu fakt dünyanın ən dəhşətli fəlakəti kimi əks olunub. Uızcığaz anasına öz dərdini etiraf edəndə dünya qadının başına uçub. O qızı öldürən yalnız anası deyil, həm də mentalitet adı altında bizə sırınan namus düşüncəsidir. Sizdən soruşuram, o qız xalqın sərvətini sorub kasıbların, yetimlərin payını öz malıymış kimi mənimsəyən məmurlardan çoxmu namussuz idi? Şər böhtan atıb üzə duran şantajçılardan, fırıldaq yolu ilə başqalarının əmlakını talayan dələduzlardan, rüşvətxorlardan, ara qarışıdırıb yuva yıxanlardan çoxmu ağır idi namus yükü o zavallı balanın?!.
Namus dedikləri budursa, olmaz olsun o namus!.
İkinci fakt da ana cinayəti ilə bağlıdır. Bu dəfə ana 15 yaşlı qızını sözünə baxmadığı üçün qəzəblənərək öldürmüşdü. Hər zaman deyirəm və yenə də bu fikirdəyəm ki, Azərbaycan ailələrində qızlara analıq tərbiyəsi verilmir. Qızlar uşağı döyməyi, ona qarşı qəddar olub, sərt metod seçməyi tərbiyə hesab edirlər. Ümumiyyətlə, Azərbaycan ailələrinin böyük çoxluğunda valideynlə övlad arasında dostluq anlayışı yoxdur. Ana – qız, ata – qız münasibətləri ağlımıza yeridilmiş hansısa "dahinin" nəzəriyyəsi əsasında mütləq şəkildə pərdəli olmadır. Səndən öyrənə bilmədiyini övlad da gedər yalan, yanlış insanlardan öyrənər. Ailələrimizin övlad tərbiyəsində oğlan uşaqlarının hər zaman bacılarına ağıl öyrətməli olması, onları qorumaq adına qəfəsə salmaq istəyi bu oğlanların gələcək ailələrinə də bu cür yanaşmasını qaçınılmaz edir. Kişi arvadına ömür yoldaşı kimi deyil, əşyası kimi, öz fikir olmayan, fikir söyləməyə haqqı çatmayan məxluq kimi yanaşmağı öyrənir.
Yuxarıda qeyd etdiyim faktda namus ləkəsinə bir anın içərisində ölüm hökmü oxuyan ana idisə, illər boyu ailəsi və ətrafındakılardan bu şəkildə öyüd ala-ala böyüyüb, vurmağı, döyməyi, hətta öldürməyi igidlik hesab edən bir kişinin ən adi səhv uğruna arvadını qətlə yetirməsi təəccübləndirməməlidir. Belə düşüncəyə malik bir kişinin arvadı olmaq qatillə eyni yatağa girməkdən başqa bir şey deyil. Üstəlik qadın boşanmağa qalxınca ailəsinin basqısı ilə üzləşib gedəcək yer tapmırsa özünü məhkum etməkdən başqa çarəsi qalmır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan cəmiyyətində boşanmış qadın olmağın da yaratdığı bir çox çətinliklər var. Lakin bu artıq başqa bir mövzudur.
Tanıdığım bir ailənin nümunəsini təqdim etmək istəyirəm: Dindar bir xanım olan Gülzadə xanım qızını ixtisas öyrənməsi üçün peşə məktəbinə yazdırmışdı. 16 yaşlı qız hər gün kənddən rayon mərkəzinə gedib- gəlirdi. Bir gün qızın hamilə olduğu üzə çıxınca ailə şoka düşdü. Gülzadə xanımın əri ölmüşdü Yaşadığı ailədə qaynata və qayınlarının basqısı altında idi. Üstəlik iki böyük oğlu da bacılarının bu vəziyyəti ilə barışmayıb onu öldürmək və ya evdən qovmağı tələb edirdilər. Hamiləliyin son aylarını yaşayan Fəridə ( ad şərtidir) övladını dünyaya gətirdi. Ailə doğulan körpəyə günah, ayıb gözü ilə baxır, qızın körpəsini götürərək kənddən çıxıb getməsini istəyirdi. Çünki bu kənddə bundan öncə də analoji hallar baş vermiş, ailədən qovulan qızın taleyi isə insan alverçilərinin əlində oyuncağa çevrilməklə bitmişdi. Gülzadə xanım ailəni qarşısına almaq gücü taparaq qızına da, onun balasına da sahibləndi. 16 yaşında bir qızın etdiyi bir səhvi ömürlük hökm kimi boynuna biçmədi. Bu gün Fəridə ailə qurub, normal həyat yaşayır. Bu üç fakt əslində həyatımıza düşüncə tərzimizin nə qədər zərbələr və töhfələr verə biləcəyinin qısa açıqlaması idi.
Dövlət gender bərabərliyinə diqqət göstərir və bu qanunlarımızda öz əksini tapıb. Sadəcə olaraq qadınlarımızın öz hüquqlarıns bilməməsi, ictimai basqı məfhumu, ən əsası da qadının iqtisadi asılılığının olması faktları onların ailə içərisində şiddətə məruz qalmasına gətirib çıxarır. Öz gücünə inanan, ayaqları üstə dayanmağı bacaran qadın onu əzən, sıxan qandallardan qurtarmağa özündə güc tapa bilər. Ailə içərisində qız uşaqlarının təhsilinə, peşə, sənət öyrənməsinə xüsusi diqqət yetirilməlidir. Qanadına güvənən quş qonduğu budağın sınmasından qorxmaz! Cahil bir ana cahil balaların, cahil cəmiyyət üzvlərinin yaranmasına səbəb olur. Bu bir reallıqdır. Kişilər də unutmamalıdırlar. Gələcəkdə qürurlana biləcəyi övlada öz güvəni sabit olan intellektual bir qadın analıq edə bilər. Sağlam ailə ilk növbədə sağlam psixologiyadan başlayır.
İlhamə Rəsulova